
Təravətləndirici Üz Yuma Mussu – Formula 7606 (150 ml)
Təravətləndirici Mousse - Formula 7606 dərini dərinlikdən təmizləyərək artıq yağ və kirləri aradan qaldırır. Yüngül marshmallow teksturalı köpüyü dərini yumşaq şəkildə yuyur, quruluq hissi yaratmadan təravətli və nəmlənmiş buraxır. Tərkibindəki hialuron turşusu və bitki ekstraktları sayəsində dəri su balansını bərpa edir, sakitləşdirir və sağlam parlaqlıq bəxş edir. Həssas və quru dəri üçün idealdır.
Zədəli Saçlar üçün Baxım Kremi (500 ml)
Bu xüsusi saç baxım kremi, yıpranmış və nemini itirmiş saçlar üçün nəzərdə tutulub. Tərkibindəki Bitkisel Ekstraktlar və Provitamin B5, saçlara dərin baxım edərək onların canlılığını bərpa edir, daha güclü və sağlam görünməsini təmin edir. Saçlarınızı kökdən uca qədər qoruyaraq qırılmaları azaldır və ipək kimi yumşaqlıq bəxş edir.
“Pokoleniye Belizny” Ayaq Dərisi Yumşaldıcı Vasitə – 150 ml
Ayaqlarımız gün boyu bədənimizin bütün ağırlığını daşıyır. Zamanla sərtləşən, çatlayan və qalınlaşan daban dərisi həm estetik görünüşü korlayır, həm də narahatlıq yaradır. “Pokoleniye Belizny” ayaq baxım vasitəsi xüsusi formuluyla bu problemi hədəfə alır – sərt dərini yumşaldır, pedikür prosesini asanlaşdırır və ayaqlarınıza ipək kimi hamar bir hiss bəxş edir.
Formulunda yer alan karbamid və yumşaldıcı aktiv maddələr ölü dəri qatını zərif şəkildə yumşaldır, qıcıqlanmaya yol açmadan təmizlənməsini təmin edir. Bu vasitə həm ev şəraitində, həm də professional pedikürdə istifadə üçün idealdır.
Micellar Water – Formula 179 (300 ml)
Üz dərisinə zərif, eyni zamanda dərin təmizlik bəxş edən Formula 179 Misellyar Su, gündəlik dəri baxımında əvəzolunmaz seçimdir. Son texnologiyalar əsasında hazırlanmış bu məhsul makiyajı, tozu və digər çirkləri dərini qıcıqlandırmadan effektiv şəkildə təmizləyir.
Micell molekulları sanki maqnit kimi dəriyə hopmuş makiyaj qalıqlarını və yağı özünə çəkir, nəticədə dəriniz təravətli, yumşaq və rahat qalır.


























